Nəsimi irsi milli-mədəni yaddaşın təməl daşı kimi dəyərləndirilir
Azərbaycanın milli-mədəni irsinin formalaşmasında və dünyaya təqdim edilməsində böyük şəxsiyyətlərin yaradıcılığı xüsusi yer tutur. Bu baxımdan şair və mütəfəkkir İmadəddin Nəsiminin irsi yalnız klassik ədəbiyyat tarixinin deyil, bütövlükdə milli-mədəni yaddaşın mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Avropanın ən böyük LEGO sərgisində maraqlı eksponat nümayiş olunur
Avropanın ən böyük LEGO sərgisində 15 milyondan çox detaldan hazırlanmış modellər nümayiş etdirilir. Bu barədə Euronews məlumat yayıb. Sərgidə diqqət çəkən eksponatlardan biri də "Trampın təyyarəsi" modeli olub.
Tədbir həm uşaqlar, həm böyüklər, həm LEGO həvəskarları, həm də sadəcə maraqlanan ziyarətçilər üçün nəzərdə tutulub.
Bricit Bardonun şəxsi əşyaları hərraca çıxarılıb
Parisde fransız aktrisa, müğənni və fotomodel Bricit Bardonun təxminən 300 şəxsi əşyası hərraca çıxarılıb. Bu barədə BBC məlumat yayıb. Əşyalar aktrisanın Sen-Tropedəki evlərindən və Parisdəki mənzilindən gətirilib. Hərraca çıxarılanlar arasında mebel və digər şəxsi əşyalar yer alır.
Azərbaycanlı pianoçu Serbiyada konsert proqramında çıxış edib
Serbiyanın Belqrad şəhərində "Gənclər üçün gənclər!" ("Mladi za mlade") adlı ikitərəfli mədəni mübadilə proqramı çərçivəsində təşkil olunan konsert proqramında azərbaycanlı pianoçu Fatimə Əliyeva çıxış edib. Tədbir Belqraddakı İtaliya Mədəniyyət İnstitutunda keçirilib.