Hip-hop mədəniyyətinin qurucularından Afrika Bambaataa 68 yaşında vəfat edib
Hip-hop mədəniyyətinin əsasını qoyan adlardan biri olan Afrika Bambaataa 68 yaşında dünyasını dəyişib. Onun ölümünü hip-hop sənətçilərini dəstəkləyən və hüquqlarını qoruyan birlik olan Hip Hop Alliance təsdiqləyib. Bambaataa dünya musiqi tarixində hip-hop janrının formalaşmasında əvəzsiz rol oynamış sənətçilərdən biri kimi tarixə düşüb.
"IV Divar" - AzTV-nin yeni serialı tezliklə tamaşaçılarla görüşəcək
AzTV tamaşaçılara yeni "IV Divar" serialını təqdim etməyə hazırlaşır. Serialın süjeti 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş vermiş dəhşətli qətliam hadisəsinin illər sonra yaratdığı təsirləri əks etdirir. Yeni layihənin tezliklə efirə çıxacağı gözlənilir.
Bakıda Mixail Qusmanın yaradıcılıq gecəsi keçirilib
Paytaxtda beynəlxalq jurnalist, "Hakimiyyət formulu" televiziya layihəsinin müəllifi və aparıcısı Mixail Qusmanın yaradıcılıq gecəsi keçirilib. Görüş zamanı Qusman peşəkar təcrübəsini bölüşərək qeyd edib ki, "Hakimiyyət formulu" proqramı 2025-ci ildə də tamaşaçılarla görüşməyə davam edəcək. Tədbir Bakı ictimaiyyətinin böyük marağı ilə qarşılanıb.