12.08.2023 08:28
1
abunə
363
Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb

Ermənistanda əsgər ölümü ilə bağlı iki hərbçi saxlanılıb.

Metbuat.az-ın verdiyi xəbərə əsasən, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əsgər Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən iki hərbçi həmkarı saxlanılıb.

İlkin istintaqın nəticələrinə əsasən, əsgərin intiharına digər hərbçilərin ona qarşı təzyiq göstərmələri səbəb olub.

Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Karapetyanın qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alması barədə məlumat yayılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine