15.08.2023 21:07
1
abunə
339
Ali Hilal Neymara tarixi muqavilə verməyə hazırlanır

Əl-Hilalın Neymarı razı saldığı müqavilənin təfərrüatları

HABER TÜRK xəbərinə əsasən, Əl Hilal Paris Saint-Germain komandasına qatmaga çalışdığı Neymara tarixi bir müqavilə verməyə hazırlaşır.

Yeni mövsümə sürpriz Lorient heç-heçəliyi ilə başlayan PSJ-dən kənarlaşdırılan Kilian Mbappe yenidən komandaya qayıdıb, Neymar isə yol ayrıcına gəlib. Braziliyalı ulduzun Jorge Jesus’un çalışdırdığı Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə anlaşmağa yaxın olduğu və 2 illik müqavilə imzalayacağı bildirilir. 

Fransa mətbuatı L’Equipe-də çıxan xəbərdə PSJ-nin Neymarın transferliyi ilə bərabər 90 milyon avro qazanacağı bildirilib.

Zədələnmə səbəbindən son rəsmi oyununu mart ayında oynayan Neymar ayaq biləyindən rekonstruktiv əməliyyat keçirib.

TARİXİ MÜQAVİLƏ

Foot Mercato xəbərinə görə; Əl-Hilalın Neymarı razı saldığı müqavilənin təfərrüatları belədir:

• 2 illik müqavilə

• 120 milyon avro illik ödəniş

• Neymara aid şəxsi təyyarə

• Lüks malikanə

• 80 min avro uduş bonusu

• Səudiyyə Ərəbistanı tanıdan hər hekayə və post üçün 500 min avro

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine