🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə
EduQuote
EduQuote
1 abunə

Populyar Mədəniyyət İçində Milli Kimliyi Qorumağın Yolu

31.10.2024 21:06 21 baxış sayı 3 dəq. oxuma
Populyar Mədəniyyət İçində Milli Kimliyi Qorumağın Yolu

Xaricdə, xüsusilə də populyar mədəniyyətin üstünlük təşkil etdiyi ölkələrdə uşaq böyütməyin nə qədər çətin olduğunu bu təcrübəni yaşamış olanlar yaxşı bilir. Əlbəttə ki, bu, uşağınızı necə böyütmək istədiyinizdən də asılıdır. Əgər istəyirsinizsə ki, övladınız yerli biri kimi böyüsün, heç bir əziyyət çəkməyə ehtiyac yoxdur. Populyar mədəniyyətin təsiri altında o, yerli biri kimi formalaşacaq. Hətta həyatda, təhsilində də çox uğurlu ola bilər.

Amma bunu, həqiqətənmi istəyirsiniz? Belə böyüyən uşaq milli və mənəvi dəyərlərimizdən uzaq olacaq, yerli mədəniyyətin təsiri altında öz köklərini tanımadan böyüyəcək. Çoxlarımız uşaqlarımızın milli-mənəvi dəyərlərə sadiq, əxlaqi normalarımızı öz həyatına tətbiq edən fərdlər olmasını arzulayırıq. Mənim fikrimcə, belə bir övlad yetişdirmək üçün ən böyük amil dildir. Dilimizi yaxşı bilməyən insan musiqimizi tanımayacaq, tariximizi və mədəniyyətimizi əks etdirən filmləri, tamaşaları izləməkdə çətinlik çəkəcək. Ana dilində rahat ünsiyyət qura bilməyən biri yaxınları, xüsusən də nənə və babası ilə münasibət qura bilməyəcək. Vətənə qayıtdıqda ünsiyyət çatışmazlığı səbəbilə özünü yad hiss edəcək.

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də milli qürurumuzun, mədəni sərvətlərimizin daşıyıcısıdır. Övladlarımızın öz ana dilində sərbəst danışa bilməsi onlara kimliklərinin ayrılmaz hissəsi kimi formalaşmağa imkan verir. Dilimizə sahiblənmək, sadəcə onunla danışmaq deyil, eyni zamanda öz tarixi keçmişimizə, dəyərlərimizə və əcdadlarımızın bizə miras qoyduğu mənəvi sərvətlərə hörmət və məhəbbət bəsləməkdir. Bu mənəvi bağ uşaqlarımızın xarici təsirlərdən uzaq, öz milli dəyərlərinə sadiq böyüməsinə, dünya mədəniyyətləri arasında isə öz mədəniyyətimizi qürurla təmsil etməsinə imkan yaradır.

Bir çox valideynlər qürurla deyir: “Uşağım ancaq ingiliscə danışır.” Amma düşünün, dilini bilməyən uşaqlar milli kimliklərindən, dəyərlərindən getdikcə uzaqlaşacaqlar. Təcrübələr göstərir ki, öz dilini yaxşı bilməyən fərdlər zamanla öz mədəniyyət və mənəviyyatlarından uzaq düşürlər.

Bir sonraki yazıda xaricdə uşaqlarımıza dilimizi aşılamaq və sahib çıxmağın metodları haqqında danışacağıq.

Paylaş: