🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

" SMM üzrə mütəxəssis " vakansiyası

29.11.2024 08:30 9 baxış sayı 2 dəq. oxuma
" SMM üzrə mütəxəssis " vakansiyası

Xonça MMC " SMM üzrə mütəxəssis " vakansiyası üzrə işə qəbul elan edir!



Tələblər :
- Ali təhsil ;
- Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi;
- MS Office proqramlarından sərbəst şəkildə istifadə etmək bacarığı;
- Sosial media alətləri ilə yaxından tanışlıq (Facebook Business Manager, Instagram, LinkedIn), Google alətləri ilə yaxından tanışlıq;
- Əla yazı, redaktə (mətn, audio və ya video kontent), təqdimat və danışıq bacarığı;
- Sosial analitik alətlərdən istifadə bacarığı, komanda ilə işləmə bacarığı;
- Xarici dil biliyi üstünlükdür. (İngilis, Rus)

Vəzifə öhdəlikləri :
- Sosial şəbəkə hesablarının idarə edilməsi (Sosial Media üzrə rəqib analizinin aparılması, sosial media sorğularının operativ cavablandırılması, sosial media postlarının brendbuka uyğun hazırladılması və paylaşılması); 
- Bazardakı trendlərin, rəqiblərin izlənilməsi;
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsi;
- Məzmun hazırlanmasına (şəkil, video, infoqrafik) kreativ ideyaların verilməsi və tapşırığın hazırlanması;
- Sosial media kampaniyaları üçün hədəf auditoriyasının yaradılması;
- Ticari planda nəzərdə tutulmuş kampaniya və festivalların həyata keçirilməsində aktiv iştirak etmək

Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ SMM üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Etiketlər

Paylaş: