🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qobustan ərazisində yerləşən təlim-tədris mərkəzində maaşlı təcrübəçi vakansiyası

21.11.2024 07:54 3 baxış sayı 2 dəq. oxuma
Qobustan ərazisində yerləşən təlim-tədris mərkəzində maaşlı təcrübəçi vakansiyası

Dekabrda Qobustan ərazisində yerləşən təlim-tədris mərkəzində başlayacaq layihə üçün ödənişli (Maaşlı)əsaslarla bizə dəstək olacaq təcrübəçi axtarışındayıq.


Layihə və vəzifə öhdəliklərlə bağlı məlumat:


- Layihə təlim, imtahan və müsahibə mərhələlərindən ibarətdir. Burada təcrübəçi əsasən inzibati məsələlərlə məşğul olacaq (zənglər, davamiyyətin yoxlanılması, təlim üçün lazım olan avadanlıqların hazır vəziyyətə gətirilməsi, ofis ləvazimatların paylanılması və s.)
- Təlim yeri Qobustan ərazisidir. Məsafəni nəzərə alaraq həmin ərazidə və ya Qaradağda yaşayanlara üstünlük veriləcək. Həmçinin, Qaradağ ərazisindən təlim mərkəzinə gediş-gəliş üçün nəqliyyat təşkil olunacaq.
- İş saatları: həftəiçi hər gün 08:00-17:00
- Layihənin müddəti: Dekabr 2024 - may/iyun 2025

Şirkət nələri təklif edir:
- Ə/h 365 AZN + nahar ödənişi.
- Ofis iş şəraiti və yeməkxana (ödənişli).
- SOCAR Downstream şirkətinin Öyrənmə və inkişaf komandasında, o cümlədən, beynəlxalq layihədə təcrübə qazanmaq imkanı.
- Xarici nümayəndələrlə çalışmaq və nəticədə İngilis dilini inkişaf etdirmək imkanı.
- Rəsmi iş təcrübəni qazanmaq imkanı. 

Namizədə dair tələblər:
- Ali təhsil.
- Yuxarıda qeyd edilmiş gün və saatlarda tam ştat işə gəlmək imkanı olmalıdır (səhər/günorta oxuyanlara uyğun deyil, yarım ştat imkanı yoxdur).
- Təməl kompüter və MS Office bilikləri olmalıdır (email yazmaq, cədvəl ilə işləmək və s.).
- İngilis dili biliyi üstünlükdür. 

Uyğun namizədlər CV-ni"Qaradağ layihəsi üçün təcrübəçi" başlığı ilə [email protected] / [email protected] ünvanlarına e-mail göndərə bilərlər.

Etiketlər

Paylaş: