🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Maaşlı təcrübə proqramları

30.10.2024 10:14 21 baxış sayı 3 dəq. oxuma
Maaşlı təcrübə proqramları

Maaşlı təcrübə proqramları

 

Fərqli proyektlərimiz üçün təcrübələrimizdən faydalanacaq və bizimlə inkişaf edib böyüyəcək, özünə və biliyinə güvənən perspektivli gənclərə müraciət edirik.

Komandamıza aşağıdakı vakansiyalar üçün fərqli departamentlər üzrə Internship Program-ı elan  edirik.

Təcrübə müddəti ödənişlidir. Və təcrübəni uğurla başa vuran namizərdlər işlə təmin olunur. Bizi digərlərindən fərqləndirən əsas önəmli dəyər biz öyrədirik və sonra komandamızdan biri edirik. 

  • Office Manager Intern
  • Project Management Intern
  • Digital Marketing Intern
  • Legal Intern
  • Finance Intern

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivlə çalışmaq
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Karyera inkişafı üçün mükəmməl şərait
  • Ödənişli təcrübə (Maaşlı) dövrü və AR Əmək məcəlləsinə uyğun əmək müqaviləsi

 

Nə tələb edirik:

  • Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Maliyyə üzrə ali təhsil
  • Şəxsi və peşəkar inkişaf yönümlü və öz sahəsində araşdırma qabiliyyətinin olması
  • Analitik və kreativ düşüncə tərzinə sahib
  • Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Problem həll etmək bacarığına sahib və bu düşüncədə olmaq.
  • Məqsədyönlü, məsuliyyətli, detallara qarşı diqqətli 
  • Dil Bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst bilməsi üstünlükdür)
  • Kompüter Bilikləri: Microsoft Office ( xüsusilə Excel əla)

Qeyd: İşə qəbul edilmiş namizəd Təcrübə dövrü bitdikdən sonra uyğun Departament üzrə Mütəxəssis vəzifəsində işinə davam edəcək.

  Kadr kimi özünü inkişaf etdirmək istəyən və doğru iş mühitində irəliləməyi planlayan və tələblərə uyğun namizərdlər CV-lərini [email protected]   e-mail ünvanına Təcrübə proqramının adını qeyd etməklə məs: “Office Manager Intern” başlığı altında CV-lərini göndərə bilərlər.

Son müraciət tarixi: 30.11.2024 

Etiketlər

Paylaş: