🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gənclər üçün Marketinq Akademiyası işə başladı! (ÖDƏNİŞSİZ)

21.10.2024 17:42 31 baxış sayı 2 dəq. oxuma
Gənclər üçün Marketinq Akademiyası işə başladı! (ÖDƏNİŞSİZ)

Gənclər üçün Marketinq Akademiyası işə başladı!(ÖDƏNİŞSİZ) 

 

"Öndə Gənclər" İctimai Birliyi gənc marketinq mütəxəssisləri yetişdirməyi hədəfləyən "Marketinq Akademiyası" layihəsinə start verib. Layihədə marketinq sahəsində irəliləmək istəyən 20 gənc Marketinq Mentorluq Proqramında iştirak edəcək və 45 saatlıq peşəkar təlimlərdən faydalanacaq.

 

Təlimləri karyera inkişafı üzrə ekspert Fərhad Abdulov və marketinq mütəxəssisi Tamerlan İsmayılov aparacaq. Gənclər öz güclü və zəif tərəflərini kəşf edəcək, bazar tələblərinə uyğun karyera hədəflərini müəyyənləşdirəcək. Marketinq dərsləri isə real təcrübəyə əsaslanacaq və iştirakçılar bizneslər üçün müstəqil marketinq strategiyaları hazırlayacaqlar. Bu strategiyalar layihənin son mərhələsində təqdim edilərək qiymətləndiriləcək.

 

Layihə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Brandup” Marketinq və Dizayn Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

 

Layihəyə qoşulmaq istəyənlər "Öndə Gənclər" İctimai Birliyinin instaqram hesabından (@ondegencler) müraciət edə bilərlər.

 

"Öndə Gənclər" İctimai Birliyinin məqsədi gənclərin rəqabətqabiliyyətini artıraraq onları əmək bazarında öndə görməkdir. Birlik “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin varisi olaraq gənclərin inkişafına dəstək verməyə davam edir.

 

Etiketlər

Paylaş: