🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əməliyyatçı xəzinədar vakansiyası

19.11.2024 15:10 7 baxış sayı 3 dəq. oxuma
Əməliyyatçı xəzinədar vakansiyası

Əməliyyatçı xəzinədar vakansiyası

 

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

 

 

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat və biznes) olmalı;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

 

İş haqqında məlumat:

  • Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
  • Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
  • ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
  • XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
  • Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
  • Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi; 
  • Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
  • Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması;
  • Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.

 

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir. 

 

İş yeri:

  • Bakı şəhəri (Park Bulvar Filialı)

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” göstərməyiniz xahiş olunur.

Etiketlər

Paylaş: