🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

AzTU-da təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

02.12.2024 18:44 18 baxış sayı 2 dəq. oxuma
AzTU-da təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzinə təcrübənin təşkili üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir. 

 

Tələblər:

· Təhsil: Magistr dərəcəsi (menecment, insan resursları, təhsil idarəçiliyi və ya əlaqəli sahələr üzrə);

· Təhsil sahəsində ən azı 1il iş təcrübəsi;

· İdarəetmə və təşkilatçılıq bacarıqları;

· Əmək bazarı və təcrübənin təşkili haqqında biliklər;

· Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır);

· Kompüter bilikləri (MS Office proqramları);

· Yüksək ünsiyyət bacarıqlarının olması. 

Öhdəliklər:

· Müvafiq tədris ili üçün dekanlıqlardan tələbə kontingentinin toplanması və işlənməsi;

· Təcrübə keçiriləcək müəssisələrlə əlaqə yaradılması;

· İxtisas kafedralarından (İstehsalat təcrübəsi -  IV və V kurslarda, Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübəsi-II kursda)  təcrübə “Sifariş”lərinin qəbul edilməsi və işlənməsi;

· Müəssisələrə göndəriləcək məktub və müqavilələrin hazırlanması;

· Fərdi müraciətlərə baxılması;

· Müəssisədən gələn müqavilələrə baxılması ;

· Hər qrup üçün İşçi proqramlarının təsdiq edilməsi və toplanması;

· Müəssisələr üçün məktubla birlikdə tələbə siyahısının hazırlanması;

· Dekanlıqlardan gələn Xidməti Məruzələrə əsasən, Əmr layihəsinin hazırlanması;

· Təcrübəyə dair aylıq davamiyyətlə bağlı hesabatın rəhbərliyə verilməsi;

· Yekun hesabatın rəhbərliyə təqdim edilməsi. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.  

Müraciət üçün son tarix: 15.12.2024-cü il saat 18:00

Etiketlər

Paylaş: