Anbardar vakansiyası
“AZERA Holding” MMC tərkibindəki şirkətlərdə Anbardar vakansiyasını elan edir.
İş barədə məlumat;
1. Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi;
2. Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi;
3. Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi;
4. Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi;
5. Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
· Təhsil: Ali təhsil arzu olunandır.
· Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti
· Kompyuter bilikləri: MC Excel, MC Word, 1C(Anbar hissəsi kifayətdir);
· İş təcrübə: Müvafiq sahədə ən az 2 il
· Digər: Bəy namizədlərə üstünlük veriləcək
İş şəraiti:
· AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə
· Əmək haqqı: Razılaşdırılma yolu ilə
Uygun namizədlər cv-lərinizi mövzu hissəsinə şirkətin və vakant yerin adı qeyd olunmaqla [email protected] mail ünvanına göndərin.
Etiketlər
Oxşar xəbərlər
"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı
Reklam və PR departamentinin təcrübəçisi vakansiya...
Edumap.az Təhsil Portalı
Rus dili müəllimi vakansiyası
Edumap.az Təhsil Portalı
SAT Math Teacher vakansiyası
Edumap.az Təhsil Portalı
SAT Verbal Teacher vakansiyası
Edumap.az Təhsil Portalı
İnsan resursları üzrə təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı