Ukraynada hücumlar nəticəsində 5 nəfər həlak olub
Ukrayna Prezidenti Volodimir Zelenski Rus ordusunun hücumları nəticəsində ölkədə 1 uşağın da daxil olduğu 5 nəfərin həlak olduğunu və 14 nəfərin yaralandığını açıqlayıb. Zelenski sosial media hesabından etdiyi paylaşımda Ukraynanın müxtəlif bölgələrində baş verən hadisələr barədə məlumat verib.
Rusiya Kiyevdə məlumat mərkəzi və enerji obyektlərini vurub
Rusiya Müdafiə Nazirliyi Ukraynada rabitə mərkəzi, enerji obyektləri və liman infrastrukturuna qarşı genişmiqyaslı hücumlar təşkil etdiklərini bəyan edib. Nazirliyin yaydığı məlumata görə, gecə saatlarında yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
Qəzzada 105 fələstinlinin cənazəsi çıxarılıb
Qəzzada İsrail hücumları nəticəsində dağılan binaların altında həyatını itirən 105 fələstinli üçün vida mərasimi təşkil olunub. Mərasim Qəzza zolağındaki Mülki Müdafiə qrupları, Misir nümayəndə heyəti və qurbanların ailələrindən ibarət komitənin koordinasiyası ilə keçirilib. Fransanın Le Monde qəzetinə danışan İsrail əsgərləri və mənbələr isə bildiriblər ki, İsrail ordusu Qəzzada həyata keçirdiyi hücumlarda mülki itkiləri qabaqcadan nəzərə alaraq planlaşdırıb. Bu barədə məlumatı "Sükutu Pozmaq" adlı təşkilat yayıb.
flydubai pilotun uçağı düşürmə cəhdi ilə əlaqədar İsrailə uçuşları dayandırıb
Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi olan flydubai Hava Yolları, Dubay-Tel-Əviv reysini yerinə yetirən sərnişin təyyarəsinin pilot tərəfindən düşürülmə cəhdindən sonra İsrailə və İsraildən həyata keçirilən bütün uçuşları dayandırıb. İsrail mətbuatının məlumatına görə, təyyarə İordaniya səmasında oğurlanma siqnalı verib. İlkin məlumata görə, həyəcan siqnalının səbəbi təyyarənin göyərtəsində baş verən dava ola bilər. Təyyarə Səudiyyə Ərəbistanına uğurla enib.
ABŞ hərbçilərinin şəxsi məlumatları oğurlandı
ABŞ hökuməti milyonlarla keçmiş və hazırkı hərbçinin şəxsi məlumatlarının oğurlandığını bildirib. Məlumata görə, Pentaqonun kadr qeydləri sisteminə aylarla davam edən kiberhücum nəticəsində şəxsi məlumatlar ələ keçirilib. Müdafiə İnsan Resursları Məlumat Mərkəzi hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Taylandda güclü daşqınlar 23 nəfərin həyatına son qoyub
Taylandda sentyabrın 16-dan bəri davam edən güclü yağışlar ölkədə böyük daşqınlara səbəb olub. Paytaxt Banqkok da daxil olmaqla, 42 əyalətdə evlər, iş yerləri və yollar su altında qalıb. Milyonlarla insan bu fəlakətdən əziyyət çəkib, daşqınlar nəticəsində 23 nəfər həyatını itirib.