Dünya İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Zelenski: Rusiya bir həftədə Ukraynaya 2200-dən çox PUA göndərib

Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiyanın son bir həftə ərzində Ukraynaya qarşı hücumlarda 2200-dən çox pilotsuz uçuş aparatı, 38 raket və təxminən 1650 idarəolunan bomba istifadə etdiyini açıqlayıb. Zelenskiy bu barədə sosial media hesabında məlumat verib.


Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb

Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb. Məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbas həyatını itirib, daha bir neçə nəfər yaralanıb.


İran ABŞ-a sərt mesaj göndərdi

İran ABŞ ilə davam edən və dünya neft qiymətlərinə təsir göstərən müharibənin gələcəyinə dair diqqətçəkən açıqlama verib. Xarici İşlər Naziri Abbas Arakçi bir tərəfdən danışıqlara hazır olduqlarını bildiribsə, digər tərəfdən mümkün yeni hücumlar qarşısında "Qiyamət müharibəsinə belə hazırıq" ifadəsini işlədib. İranın xarici işlər naziri Abbas Əraqçi həmçinin bildirib ki, Hörmüz boğazının açılması İran tərəfinin ABŞ-yə təqdim etdiyi şərtlərin yerinə yetirilməsindən asılıdır. Bu barədə nazir BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ rəsmiləri ilə keçirilən görüşdə danışıb.


Qazaxıstanda təlim faciəsindən sonra müdafiə naziri vəzifəsindən azad edilib

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, ötən cümə axşamı Xəzər dənizində keçirilən hərbi təlimdə 14 hərbçinin həyatını itirməsindən sonra Prezident Kasım-Jomart Tokayevin qərarı ilə vəzifəsindən azad edilib. Qazaxıstan Prezidentinin ofisindən verilən məlumata görə, qərar rəsmi şəkildə təsdiqlənib.


Cənubi Afrikada barda silahlı hücum: 17 nəfər ölüb

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinin qərb hissəsində yerləşən əyləncə məkanına silahlı hücum olub. Hadisə nəticəsində 17 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Məlumata görə, hücum dünən yerli vaxtla saat 21:30 radələrində baş verib.


Yaxın Şərqdə gərginlik davam edir

İsrail ordusu atəşkəs rejiminə və çərçivə sazişinə baxmayaraq Livanın cənub bölgələrinə hava zərbələri endirməyə davam edib. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrailə məxsus "Apache" helikopteri Şevkin-Mifedun yolu üzərində yerləşən binanı iki dəfə vurub. Digər tərəfdən, Fələstin Dövlət Başçılığının sözçüsü Nəbil Əbu Rudeyne, işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsaya qarşı artan basqınların və İsrail polisinin mühafizəsi altında keçirilən Talmud mərasimlərinin müqəddəs məkanın tarixi və hüquqi statusunu pozduğunu bildirib və bunu "qırmızı xətt" adlandırıb.