Almaniyada seçki zəlzələsi: AfD Meklenburq-Ön Pomeraniyada birinci, Berlində Sol Partiya öndədir
Almaniyada keçirilən eyalet seçkiləri ölkənin siyasi mənzərəsini dəyişib. Meklenburq-Ön Pomeraniya və Berlin eyaletlərində keçirilən seçkilərin ilk nəticələrinə görə, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası şimal-şərq eyaletində 38 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. Berlində isə Sol Partiya öndədir.
Qəzza bölgəsində ölənlərin sayı 73 min 914 nəfərə çatıb
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına qarşı hücumlarının başladığı 7 oktyabr 2023-cü il tarixindən indiyə qədər həyatını itirənlərin sayının 73 min 914 nəfərə yüksəldiyini bildirib. Qəzza zolağında İsrail əsgərlərinin hücumları davam edir.
Rusiyanın Kiyev bölgəsinə gecə İHA hücumlarında üçü uşaq olmaqla 4 nəfər həyatını itirib
Rusiya gecə boyunca Ukraynanın Kiyev bölgəsinə pilotsuz uçuş aparatları (İHA) ilə hücum edib. Nəticədə üçü uşaq olmaqla 4 nəfər həlak olub. Rusiya, Ukraynanın bir gün əvvəl həyata keçirdiyi hücumlardan sonra gecə saatlarında Ukraynanı hədəf alıb.
BMT komissiyasının rəhbəri: Ukraynada 17 mindən çox mülki şəxs həlak olub
BMT-nin Ukrayna üzrə Beynəlxalq Müstəqil Araşdırma Komissiyasının sədri Erik Mose, Rusiya ilə Ukrayna arasında fevral 2022-ci ildən davam edən müharibənin dağıdıcı nəticələr gətirdiyini bildirib. Onun sözlərinə görə, bu müddət ərzində Ukraynada 17 mindən çox mülki şəxs həlak olub.
Müharibə kölgəsində kritik səfər: Ərəqçi BMT Baş Assambleyası üçün Nyu-Yorka gəlib
İranın xarici işlər naziri Abbas Ərəqçinin rəhbərlik etdiyi yüksək səviyyəli diplomatik nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli görüşlərində iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə çatıb. Ərəqçini Con F. Kennedi Beynəlxalq Hava Limanında qarşılayıblar.
Süni intellekt səhvi ABŞ və Çin arasında münaqişəyə az qalmışdı
Süni intellekt əsaslı kəşfiyyat sistemində baş verən ciddi səhv ABŞ və Çin arasında hərbi münaqişənin yaranmasına səbəb ola bilərdi. Məlumata görə, avtomatik hesabatlardakı yanlışlıqlar iki ölkə arasında gərginliyi kəskin şəkildə artırıb.
Suriyada devrilmiş Əsəd rejiminin qaçqın generalı saxlanılıb
Suriyada devrilmiş Bəşər Əsəd hakimiyyətinin hərbi və təhlükəsizlik kadrlarına qarşı əməliyyatlar davam edir. Suriya Daxili Təhlükəsizlik Qüvvələri keçmiş general-mayor Əhməd Məhəmməd İsmayılın saxlanıldığını açıqlayıb. İsmayılın Əsəd dövründə Respublika qvardiyasında yüksək vəzifə tutduğu bildirilir.
Pakistan Əfqanıstanın şərqinə aviazərbə endirib
Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində azı üç nəfər həlak olub. Bu barədə məlumatı yerli hakimiyyət orqanlarına istinadən "TOLO News" yayıb. Zərbə bu gecə vilayətin Nurqal rayonunda həyata keçirilib.
İranda müharibə şəraitində hicab müzakirəsi: geri addım atılmasın
İranda məcburi hicab tətbiqinin gələcəyinə dair idarəetmə daxilindəki fikir ayrılıqları yenidən gündəmə gəlib. Ölkənin mühafizəkar nəşr orqanlarından Kayhan, müharibə şəraitinin məcburi hicab qaydalarının tətbiqinə ara verilməsi mənasına gəlməməli olduğunu yazıb.
SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ-a məxsus "MQ 1" pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazında vurub. Bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.