Moskva və vilayətinə kütləvi PUA hücumu: ölənlərin sayı 3-ə çatıb
Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti Ukrayna tərəfindən həyata keçirildiyi bildirilən kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qalıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun paytaxta indiyədək ən kütləvi PUA hücumunu dəf edib və müdafiə bütün xətlərdə tətbiq olunub.
Moskvа vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 20-yə qədər yaralı var. Ramenskoe şəhərində hücum zamanı yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Hücumlar zamanı neft emalı zavodunda yanğın baş verdiyi, elektrik stansiyasının (İES) hədəf alındığı bildirilir.
Zelenski Moskva və Voronej obyektlərinə zərbələri təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski raket və pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Moskva və Voronej bölgələrindəki neft və müəssisə obyektlərinə hücumlar təşkil etdiklərini bəyan edib. Dövlət başçısı bu barədə sosial media hesabındakı paylaşımında məlumat verib.
İran ABŞ ilə müharibənin dayandırılması şərtlərini vasitəçilərə çatdırıb
İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsin Rzai, ABŞ ilə müharibənin dayandırılması üçün şərtlərinin Qətər və Pakistanlı vasitəçilər vasitəsilə çatdırıldığını bildirib. O, bu barədə Qətər mətbuatına açıqlama verib.
Rusiyada Dövlət Duması seçkilərinin son günü
Rusiyada Dövlət Duması seçkiləri üçüncü və son günündə davam edir. Hakim partiyanın siyasi sistem üzərindəki hökmranlığını qoruyacağı gözlənilir, lakin müharibə əleyhinə namizədlərin böyük hissəsinin seçkilərə buraxılmadığı bildirilir.
COP31 Antalyada keçiriləcək
Türkiyənin ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 31-ci sessiyası (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək. Tədbirin əsas məqsədi qlobal iqlim diplomatiyasında öhdəliklərdən tətbiqə keçidin təmin edilməsidir.
Fransa Rusiyanın hibrid hücumlarına hərbi üsullarla cavab verir
Fransanın nüfuzlu Le Monde qəzeti iddia edib ki, Paris artıq Rusiyanın hibrid hücumlarına qarşı adi hərbi üsullarla cavab verir. Qəzetin "Emmanuel Makron Rusiyanın Fransadakı hibrid müharibəsinin gərginləşmə riskini niyə vurğulayır" başlıqlı materialında bu mövzu təhlil olunub.
İŞİD üzvlüyündə təqsirləndirilən fransızların Bağdadda məhkəməsi başlayıb
İraqda terror təşkilatı İŞİD-ə üzv olmaqda ittiham olunan altı Fransa vətəndaşının məhkəmə prosesinə start verilib. Yerli medianın yaydığı məlumata görə, bu şəxslər 2025-ci ildə Suriyadan İraqa köçürülüb və İŞİD terror təşkilatının üzvü kimi təqsirləndirilirlər.