
Zəngilana növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı davam edir. Bu proqram çərçivəsində Zəngilan rayonuna növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb. Bu ailələr, uzun illər ərzində respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmışdılar. Onlar əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda yaşayırdılar. Doğma yurda qayıdan sakinlər, onlara göstərilən hərtərəfli dövlət qayğısı üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını çatdırıblar. Onlar qəhrəman əsgər və zabitlərimizi yad edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Məmmədbəyli kəndinə köçün həyata keçirilməsi bölgədə həyatın bərpası istiqamətində atılan vacib addımlardan biridir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ağdərəyə növbəti köç karvanı yola salındı
Bugun.az

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə...
Azəri Xəbər

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı...
Bugun.az

Daha 61 ailə doğma yurda yola salındı
Bugun.az

Xocalının Təzəbinə və Şuşakənd kəndlərinə növbəti...
Azəri Xəbər
Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola...
Azəri Xəbər


