
Zəngəzur dəhlizi planı Xameneyinin müşaviri

İranın ali rəhbəri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. O, bu layihəni “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid” kimi qiymətləndirib.
Metbuat.az Azad İran-a istinadən xəbər verir ki, Vilayətinin cəfəng sözlərinə görə, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə məkrli planlar həyata keçirmək istəyirlər.
O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürk çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır.
O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycan xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşıb
Azəri Xəbər
Rəşad Nəbiyev: "Zəngəzur dəhlizi regionun yükdaşım...
Azəri Xəbər
Zəngilanda "Zəngəzur dəhlizi - regional nəqliyyat...
Azəri Xəbər

Zəngəzur dəhlizindən ilk görüntülər - FOTO
Bugun.az

Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Bugun.az

Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı paylaşım...
Bugun.az


