Zelenskinin getdiyi ölkə kiberhücuma məruz qaldı
İtaliyadakı bəzi bank və qurumlara təşkil edilən kiberhücumlar barədə açıqlama verilib.
Metbuat.az xəbər verir ki, hücumların rusiyapərəst hakerlər tərəfindən təşkil edildiyi irəli sürülüb. İtaliyanın ANSA agentliyi, “İntesa” və “Monte Paschi” də daxil olmaqla bəzi bankların, həmçinin Taranto və Trieste limanlarının və bəzi özəl qurumların internet saytlarının rusiyapərəst hakerlər qrupunun kiberhücumuna məruz qaldığını bildirib. Açıqlamada qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumlara dəstək verib və sözügedən saytların fəaliyyətini davam etdirməsi üçün çalışıb. Hakerlərin hücumlarının Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyaya səfəri ərəfəsində baş verməsi diqqət çəkib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Romaya səfər edib. Səfər zamanı İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.
Oxşar xəbərlər
Mixail Saakaşvili Kiyevdə hücuma məruz qaldı
Son Xeberler
Ukraynada son dəyişiklik!
Ən Son Xəbərlər
Saakaşviliyə Afinada hücum -
Son Xeberler
Baku TV cəbhə xəttindən xəbər verir-
Son Xeberler
Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar...
Bugun.az
Mətanət İsgəndərlinin gəlini işgəncəyə məruz qaldı...
Şou Xəbər