Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Zaurla Hüseynin efirdəki davası ssenari imiş - VİDEO

18.02.2025 19:25 100 baxış sayı 1 dəq. oxuma Metbuat
Zaurla Hüseynin efirdəki davası ssenari imiş - VİDEO

Aparıcı Zaur Kamal illər əvvəl “Həmin Zaur” verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə arasında yaşanan mübahisənin ssenari olduğunu etiraf edib.

Metbuat.az Axsam.az-a istinadən xəbər verir ki, bu barədə o, öz proqramında məlumat verib:

"Bir gün Hüseynin toyu var idi. "Həmin Zaur"da efirdən getməli idi. Bizim ssenaristimiz Fariz Əliyev dedi ki, Hüseynlə aranı qızışdır, dalaşsın və efiri tərk etsin. Mən də razılaşdım ki, Hüseyn toya getsin. Yalandan bir söz dedim, klarnetini yığıb getdi. Səhəri gün məni kim görürdüsə, söyürdü. O hadisədən sonra Hüseyn məni bir mövsüm idarə edib. Bütün musiqiçilərin pulunu öz cibindən verib. Amma Hüseynə ürək də qurbandır. Qəlbi təmiz insandır. Hər yerdə demişəm ki, mənə bir mövsüm kömək edib".


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: