
Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum oldu

Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb.
MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.
Oxşar xəbərlər

Məşuquna çılpaq şəklini göndərən təzə gəlin biabır...
Son Xeberler

Məşuquna çılpaq şəklini göndərən təzə gəlin biabır...
Son Xeberler

MSK-ya daxil olan şikayətlərə baxılıb
Bugun.az

Seçkilərin vaxtı açıqlandı
Xəbər Anı

Bütün dairələrdə seçkilər normal keçib - Məzahir P...
Bugun.az

"WhatsApp”dan yenilik
Xəbər Anı