Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yeni Klinikada iki yeni mərkəz açıldı

20.11.2025 07:53 6 baxış sayı 4 dəq. oxuma Metbuat
Yeni Klinikada iki yeni mərkəz açıldı

Yeni Klinika tibb müəssisəsinin tərkibində iki böyük yeni mərkəz - Robotik Reabilitasiya Mərkəzi və Sümük İliyi Transplantasiyası Mərkəzi fəaliyyətə başlayıb. Ötən gün baş tutan açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.


Bu mərkəzlərin fəaliyyət istiqamətləri, tətbiq edilən yeniliklər və gələcək planlar barədə media nümayəndələrini məlumatlandırmaq məqsədilə mediatur təşkil olundu. Turda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov, Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in departament rəhbərləri, eləcə də media rəhbərləri və nümayəndələri iştirak edirdilər.


Media nümayəndələri hər iki mərkəzdə yaradılan şərait və göstərilən tibbi xidmətlərlə ətraflı tanış oldular. 3600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi, Azərbaycanın reabilitasiya sahəsində texnoloji tərəqqi yaradan ilk mərkəzlərindən biridir. Mərkəzin əsas məqsədi pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək, hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkədə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri verir. Burada 72 tibb işçisi - həkim-fizioterapevtlər, travmatoloqlar, nevroloqlar, təcili yardım həkimləri, fizioterapevt-reabilitoloqlar və digər kiçik tibb işçiləri fəaliyyət göstərir. Mərkəz neyrotravma, nevrologiya (insult və sinir zədələnmələri), ortopediya, pediatrik və neonatoloji reabilitasiya, idman zədələri, əl reabilitasiyası, kardiopulmonar, geriatrik, onkoloji, ginekoloji və androloji reabilitasiya kimi fərqli sahələrdə robotik və klassik reabilitasiya xidmətləri göstərir. Bu mərkəz beynəlxalq akreditasiyalar üçün rəsmi danışıqlara başlayıb, Azərbaycanı innovasiyaya əsaslanan reabilitasiya mərkəzinə çevirməyi hədəfləyir.


Yeni fəaliyyətə başlayan Sümük İliyi Transplantasiyası Mərkəzi də müasir tibbi tələblərə cavab verən yüksək ixtisaslaşmış mərkəz kimi qurulub. Mərkəz hemato-onkoloji xəstəliklərin müalicəsində ən son elmi nailiyyətləri tətbiq edəcək. Geniş təcrübəyə malik multidisiplinar komanda tərəfindən idarə olunacaq mərkəzdə həm allogen, həm də autogen sümük iliyi transplantasiyası beynəlxalq protokollara uyğun şəkildə həyata keçiriləcək. Mərkəz böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş 22 çarpayılıq şöbə ilə xidmət edəcək. Transplantasiya blokları müasir sterilizasiya standartlarına cavab verir; burada HEPA filtrasiyalı hava axını, tam izolyasiya rejimi və yüksək səviyyəli infeksion nəzarət sistemi təchiz edilib. Bu mərkəzin əsas məqsədi pasiyentlərə təhlükəsiz və yüksək keyfiyyətli müalicə təqdim etmək, elmi yenilikləri praktikaya gətirmək və ölkədə transplantasiya xidmətlərinin əlçatanlığını artırmaqdır. Beləliklə, Yeni Klinika hemato-onkoloji xəstəliklərin müalicəsində daha geniş imkanlar yaratmağa davam edəcək.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: