
“Yaşıl artım portalı”nın yeni versiyası yaradıldı

Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan qlobal “Yaşıl Artım Portalı” (Green Growth Portal) yenilənib. Bu portal İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasındakı əməkdaşlıq çərçivəsində yaradılıb. Portal enerji keçidi üçün zəruri məlumatları birləşdirir, ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə yardım edir. Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur. Bu layihə COP29 irsinin davamı kimi fəaliyyət göstərir və artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərir.
Portalın yeni versiyası funksional baxımdan daha da yaxşılaşdırılıb və bir sıra yeni xüsusiyyətlərlə zənginləşdirilib. Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bu barədə məlumat verib. O bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir. Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal eyni zamanda Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır.
Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb. Portal Harvard Universitetinin “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiya olunub, ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxışı təmin edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış “Yaşıl Artım Portalı”nın yekun versiyası Braziliyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində qlobal ictimaiyyətə təqdim ediləcək. Bu layihə Azərbaycanın aşağı karbonlu, bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Layihə Azərbaycanın beynəlxalq liderliyini daha da gücləndirir, yaşıl keçidin iqtisadi imkanlarını genişləndirir və iqlim dayanıqlığını möhkəmləndirir.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı...
Azəri Xəbər

Unibank "Yaşıl Maliyyə" Konfransının Dəstəkçisidir
Son Xeberler

COP29 Yaşıl Zona Media Akkreditasiyası Açıldı!
Bugun.az

480 min əhalisi olan Yaşıl Burun tarixində ilk dəf...
Son Xeberler

Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bugun.az

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəy...
Edumap.az Təhsil Portalı


