
Yaşar Gülər Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst- 2025" təlimini izləyib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst- 2025" təliminin müşahidəçi gününü izləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, Quru Qoşunlarının komandanı general-mayor Nahit Şenoğul da təlimi izləyiblər.
Hərbçilər şərti hədəfləri dəqiqliklə vurublar.
Yaşar Gülər təlimdə iştirak edən şəxsi heyətlə görüşüb və fərqlənən hərbi qulluqçuları təbrik edib.
Oxşar xəbərlər

Yaşar Gülər Azərbaycanın müdafiə nazirinin müavini...
Bugun.az

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək -...
Bugun.az

Arda Gülər "Real"dan Getmək İstəyir
Bugun.az

Yaşar Kələntərli qəfil vəfat etdi - FOTO
Bugun.az

Bilyard üzrə Azərbaycan çempionatının qalibi müəyy...
Bugun.az

Türkiyə Krımını qanunsuz işğalını tanımır
Bugun.az