Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yarımfabrikat qutab, gürcü xəngəli təhlükəlidirmi? -VİDEO

26.01.2025 07:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
Yarımfabrikat qutab, gürcü xəngəli təhlükəlidirmi? -VİDEO

Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarılır.

Metbuat.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bunların arasında düşbərə, qutab, gürcü xəngəli və digər məhsullar yer alır.

Paytaxtda apardığımız sorğu zamanı bu qidaların keyfiyyət baxımından yaxşı olduğunu deyənlər də, əksini iddia edənlər də oldu.

Qida eksperti Məhsəti Hüseynova isə deyir ki, yarımfabrikat qidalar sürətli və rahat istehlak üçün nəzərdə tutulub. Onların istehsalı və saxlanması zamanı gigiyena standartlarına əməl edilməməsi ciddi sağlamlıq riskləri yarada bilər.

Ekspert onu da bildirib ki, sosial şəbəkələrdə satılan yarımfabrikat qidaların hamısı ziyanlı deyil. Təmiz şəraitdə hazırlanan kifayət qədər qidalar da var. Bunun üçün həm istehsalçılar, həm də istehlakçılar gigiyenik qaydalara ciddi riayət etməli, məhsulun keyfiyyətinə və təhlükəsizliyinə önəm verməlidirlər.

Ətraflı videomaterialda:


T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: