
YAP plenar iclasda iştirak etdi

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunun "Qlobal Cənub: bərabərlik, açıqlıq, əməkdaşlıq” mövzusunda keçirilən açılış mərasimi və plenar iclasında iştirak edib.
Metbuat.az xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının prezidenti Çen Jounun moderatorluğu ilə keçirilən tədbirdə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao, ÇKP Szyansu vilayət komitəsinin katibi, Szyansu vilayəti Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Sin Çansin açılış nitqləri ilə çıxış ediblər.
Plenar sessiyada nitq söyləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda çıxış etməkdən böyük məmnunluq duyduğunu diqqətə çatdırıb.
YAP Sədrinin müavini bildirib ki, dünya əhalisinin yarıdan çoxunu təmsil edən Qlobal Cənub özündə həm də ciddi siyasi və nəhəng iqtisadi resursları cəmləşdirir.
Tədbirin sonunda Qlobal Cənub Beyin Mərkəzlərinin Alyansının yaradılması haqqında qərar qəbul olunub.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Kamran Əliyev Braziliyada “Prokurorluq orqanlarını...
Azəri Xəbər

XİN başçısının müavini beynəlxalq tədbirdə iştirak...
Bugun.az

Milli Məclisin iclası keçirilir
Bugun.az

Azərbaycan Parlamentində Plenar İclas Başladı
Bugun.az

Milli Məclisin növbəti iclası keçiləcək
Bugun.az

Milli Məclisin növbəti plenar iclası dekabrın 18-d...
Son Xeberler