Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Xorvatiya Azərbaycandan neft idxalını azaldıb

17.10.2025 12:02 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Xorvatiya Azərbaycandan neft idxalını azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Xorvatiyaya 998 min 469,6 ton xam neft ixrac edib.


Dövlət Gömrük Komitəsi bu barədə məlumat yayıb.


Bildirilib ki, bu həcmdə məhsulun dəyəri 537 milyon 768,3 min ABŞ dolları təşkil edib.


İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 0,7 %, dəyəri isə 14,2 % azalıb.


Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 5,9 % olub.


Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,6 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,5 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.


Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşü.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: