Xarici deputatlar Xocalıda
“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndi şəhərindən sonra Xocalıya gəliblər.
Metbuat.az xəbər verir ki, qonaqlar ermənilərin burada törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Otuz iki ildir xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalıda da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Artıq bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri doğma şəhərlərinə qayıdıblar.
Səfər zamanı nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Oxşar xəbərlər
İtaliyalı deputatlar Ağdama gedir
Son Xeberler
Deputatlar işğaldan azad edilən ərazilərə gedəcək
Son Xeberler
Deputatlar Ağdam kəndində -
Son Xeberler
İtaliyalı deputatlar Gəncəyə səfər edib
Son Xeberler
Mənzili olan deputatlar da ev istəyir - DETALLAR
Bugun.az
Daha iki deputat koronavirusa yoluxub
Son Xeberler