🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Xaricə işləməyə getmək istəyənlərin nəzərinə -

03.07.2025 10:25 4 baxış sayı 3 dəq. oxuma
Xaricə işləməyə getmək istəyənlərin nəzərinə -

Son vaxtlar azərbaycanlıların xaricə işləməyə getməsi halları artıb. Maraqlıdır, insanlar ölkədə iş tapmaqda çətinlik çəkir, yoxsa xaricdə maaşlar daha yüksəkdir?

İqtisadçı ekspert Günay Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımızın ölkə xaricinə iş üçün getməsi qlobal problem daşımır. İş ilə əlaqədar miqrasiya bir çox ölkələrdə var.

Onun sözlərinə görə, bizim üçün əsas olan mütəxəssislərin, yəni "beyin axınının" ölkə xaricinə getməməsidir:

“Digər şəxslər isə xarici ölkələrdə 3-cü kateqoriyaya daxil edilirlər. Yəni həmin ölkə vətəndaşlarının işləmədiyi ağır və pis işlərdə bizim vətəndaşlarımız çalışırlar. Bundan əlavə, 5 nəfərin işi 1 nəfərə etdirilir, həmin ölkənin minimum əməkhaqqısı ilə rəsmi əmək müqaviləsi olmadan işlədilirlər”.

G.Hüseynova insanları bu cür şərtlərlə işləməyə sövq edən səbəblərdən danışıb:

“Türkiyədə minimum 1000 manat, Avropada isə 1200 avro əməkhaqqı almaq imkanları var. Ölkəmizlə müqayisə etsək, Azərbaycanda fəhlə və ya sıravi işçi bu qədər maaş alırmı? Bundan əlavə, Azərbaycanda sənaye, istehsalat və müəssisələr kifayət qədər inkişaf etməyib ki, həmin vətəndaşlar ölkədə qalsın. Biz həmin ölkələr kimi ixracatçı yox, idxalatçı ölkəyik. Müxtəlif ölkələrin inkişaf və istehsal strategiyası, təfəkkürü də fərqlidir. Bəzilərində yüksək innovativ texnologiya, bəzilərində isə ucuz işçi qüvvəsi mövcuddur. İnsan təfəkkürü də bu məsələdə rol oynayır. Bəzən baxırsan, ali savadı var, bacarıqlıdır, amma CV göndərmədiyi yer qalmayıb, heç yerdən cavab gəlmir. Xaricə gedir, mütəxəssis kimi dəyərləndirilir, ona yüksək məbləğlər ödənilərək 3 günlük seminarlara və ya 1 aylıq layihələrin icrasına dəvət edirlər”.

İqtisadçının sözlərinə görə, artıq müəyyən qədər də olsa, sistemdə dəyişikliklər müşahidə olunur:

“Müəllimlərin sertifikasiyası buna nümunədir. Düşünürəm ki, digər sahələrdə də şəffaflıq təmin olunacaq və hər kəs qohumluq, tanışlıq, korrupsiyadan uzaq şəkildə öz sahəsində çalışa biləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: