
Xain olan 4 bürc - Onlardan uzuq durun

Astroloqlar bəzən bürclərin xarakterlərinə görə müəyyən meyllərini önə çıxarırlar. Son açıqlamalara görə, bəzi bürclərin içində pislik etməyə daha çox meyilli olanlar var. Onlar qəsdən zərər verməyə çalışmasalar da, müəyyən hallarda tərs davranışları ilə diqqət çəkə bilirlər.
Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, Əqrəb, Oğlaq, Əkizlər və Qoç bürcü nümayəndələri bəzi hallarda sərt və manipulyativ davranışları ilə seçilə bilirlər.
Əqrəblər dərin hisslərə sahib olduqları üçün qırıldıqları anda intiqam almağa meyilli ola bilirlər. Onlar bir dəfə güvənlərini itirdikdə, qarşı tərəfə qarşı sərt addımlar ata bilərlər.
Oğlaqlar isə məqsədə çatmaq üçün bəzən duyğuları kənara qoyaraq soyuqqanlı qərarlar verə bilirlər. Bu da bəzən onların sərt və amansız görünmələrinə səbəb olur.
Əkizlər dəyişkən xasiyyətləri ilə tanınırlar. Onların qəfil qərarları və ikili davranışları ətrafdakı insanlarda çaşqınlıq yarada bilər.
Qoç bürcü isə emosional partlayışları və tez əsəbiləşmələri ilə tanınır. Onlar bəzən düşünmədən hərəkət edir və bu da ətrafdakılara mənfi təsir göstərə bilər.
Astroloqlar vurğulayır ki, bu xüsusiyyətlər yalnız potensial meyilləri göstərir. Hər bir insanın davranışı onun tərbiyəsi, həyat təcrübəsi və şəxsi seçimlərindən asılıdır.
Oxşar xəbərlər

“Paşinyan xain damğasını üzərindən atmağa çalışır”...
Son Xeberler

Ən təhlükəli 4 bürc - Onlardan ehtiyatlı olun
melumat.tv

Ən şanslı bürc odur - Ümidləri həmişə gerçəkləşir
Bugun.az

Asanlıqla əsəbiləşən 3 bürc - İlk növbədə özlərini...
Bugun.az

Bu 3 bürcdə "alman dəqiqliyi" var
Bugun.az

Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Son Xeberler