Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Xaçmazda itkin düşən yeniyetmə bu şəhərdə tapıldı -YENİLƏNİB

13.04.2025 05:25 75 baxış sayı 1 dəq. oxuma Metbuat
Xaçmazda itkin düşən yeniyetmə bu şəhərdə tapıldı -YENİLƏNİB

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.

Bu barədə Metbuat.az-a DİN-nin Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.

12-Apr, 23:09

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər saat 08:30 radələrində repetiror yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan Metbuat.az-a bildirilib ki, onun barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: