Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“WhatsApp” zənglərlə bağlı yenilik etdi - Danışığa başlamazdan əvvəl bunu edin

13.12.2024 16:25 148 baxış sayı 2 dəq. oxuma Metbuat
​“WhatsApp” zənglərlə bağlı yenilik etdi - Danışığa başlamazdan əvvəl bunu edin

“WhatsApp” yeniliklər edib.

Metbuat.az xəbər verir ki, yeniliklər qrup zənglərindən tutmuş əyləncəli ekran effektlərinə qədər bir sıra bölmələri əhatə edir. “WhatsApp”ın tətbiq etdiyi ilk yenilik qrup zənglərində istifadəçiləri seçmək imkanıdır. Məlumata görə, qrup söhbətində zəngə başladıqda, istifadəçi kiminlə danışmaq istədiyini özü müəyyən edə biləcək. Beləliklə, digər qrup üzvlərini narahat etmədən yalnız seçilmiş şəxslərlə söhbət etmək mümkün olub.

“WhatsApp” video zənglərini daha əyləncəli etmək üçün bir sıra yeni effektlər əlavə edib. Yeni funksiya istifadəçilərə axtarışlarını daha canlı və rəngarəng etməyə imkan verəcək. Əlavə edilən 10 yeni effekt, o cümlədən it qulaqları, sualtı səhnələr, karaoke mikrofonundan ibarətdir. Bildirilir ki, yeniliklər video zəngi daha əyləncəli və praktik etmək üçün edilib. Əlavə olaraq, görüntü keyfiyyətinin yaxşılaşdırılıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: