Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“WhatsApp”la bağlı sensasiyalı iddia

26.11.2025 17:42 12 baxış sayı 2 dəq. oxuma Metbuat
“WhatsApp”la bağlı sensasiyalı iddia

Kibertəhlükəsizlik üzrə mütəxəssis Elorm Daniel “WhatsApp”la bağlı iddia irəli sürüb.


O bildirib ki, mesajlar göndərilərkən paylaşılmasa belə, tətbiq istifadəçinin yer məlumatlarını qeydə alır. Daniel iPhone 12 Pro Max cihazında apardığı araşdırmaların təfərrüatlarını sosial media platforması vasitəsilə paylaşıb. O, “WhatsApp”da etdiyi söhbəti araşdırıb və topladığı məlumatlarla söhbət etdiyi şəxsin yerini müəyyən etdiyini iddia edib. Daniel bu məlumatları birbaşa öz telefonundan əldə etdiyini bildirib. Mütəxəssis iddia edir ki, “WhatsApp” tərəfindən toplanan məlumatlar "yer məlumatı" ilə məhdudlaşmır.


Danielin sözlərinə görə, tətbiq həmçinin qrupun kim tərəfindən yaradıldığını və nə vaxt yaradıldığını qeydə alır. Kimin qrupa əlavə edildiyi və kimin ayrıldığı kimi məlumatlar da saxlanılır. Ən maraqlısı odur ki, bu metaməlumatlar şəxs qrupdan çıxdıqdan sonra belə, tətbiqin daxilində qalır. Bu, mesajlaşma tətbiqinin istifadəçilər haqqında gözləniləndən daha çox məlumat topladığı anlamına gəlir.


Mütəxəssis bu məlumat toplama praktikasının yalnız bir tətbiqlə məhdudlaşmadığını düşünür. Daniel iddia edir ki, “WhatsApp” mesajları kimi, iPhone mesajları da oxşar məlumatları toplayır. Bu araşdırma müasir mesajlaşma proqramlarının istifadəçinin xəbəri olmadan hansı həcmdə şəxsi məlumatı saxladığını ortaya qoyur.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: