
“WhatsApp”da mesaj pəncərəsi dəyişdi - Yenidən yükləmək lazımdır

“WhatsApp” istifadəçi təcrübəsini fərdiləşdirmək üçün yeni funksiyanı təqdim edib.
Metbuat.az xəbər verir ki, artıq istifadəçilər müxtəlif temalarla mesajlaşma pəncərələrinin görünüşünü dəyişə bilərlər. Bu yenilik sayəsində istifadəçilər müxtəlif mövzularla söhbət pəncərələrinin fonunu fərdiləşdirə biləcəklər. “WhatsApp”ın yeniliyi təkcə ümumi fon dəyişikliyi ilə məhdudlaşmır. İndi hər söhbət üçün fərqli tema seçərək söhbətləri fərdiləşdirmək mümkündür.
Yeni söhbət mövzularından istifadə etmək üçün “WhatsApp”ın ən son versiyasını yükləmək lazımdır. Sonra Parametrlər > Söhbətlər > Söhbət temasına keçməklə istənilən temanı seçib dərhal tətbiq etmək mümkündür.
Oxşar xəbərlər

"WhatsApp"da yenilik - Artıq istifadəçiləri aldada...
Bugun.az

“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək...
Bugun.az

Facebook, Instagram və WhatsApp işləmir
Texnologiya xəbərləri

“WhatsApp”a 4 mühüm yenilik gəldi - Mesaj bölməsi...
Bugun.az

WhatsApp-da Nəhayət Gələn Yeni Xüsusiyyət!
Texnologiya xəbərləri

Google Mesajlar, indi WhatsApp kimi!
Texnologiya xəbərləri