
Vinisius bu klubda oynamağa razılaşdı

“Real Madrid”in ulduz futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə hazırlaşır. Son yayılan xəbərlər göstərir ki, braziliyalı hücumçu "Liverpul"dan gələn təkliflə razılaşıb. Bu transfer, futbolçunun "Real Madrid"lə yeni müqavilə şərtlərində anlaşa bilməməsi fonunda ortaya çıxıb.
Vinisiusun hazırkı müqaviləsi 2027-ci ildə bitir, lakin tərəflər hələ də müqavilənin uzadılması barədə razılığa gələ bilməyiblər. Transferin reallaşması üçün klublar arasında ciddi maliyyə fərqi var. İspaniya klubu Vinisiusun keçidi üçün 150 milyon avro tələb edir.
“Fichajes”də dərc edilən xəbərə görə, İngiltərə nəhəngi “Liverpul” isə bu məbləği aşağı salmaq niyyətindədir. Onlar hazırda bu keçid üçün 100 milyon avro ödəməyi düşünürlər. Bu ciddi fərq danışıqların əsas çətinliyini yaradır, amma Vinisiusun İngiltərədə oynamaq arzusu transferin baş tutma ehtimalını artırır.
Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vinisiusun qərarı "Real"ı silkələdi - Mbappenin is...
Bugun.az

"Real"da Vinisius böhranı - Klubdan gedə bilər
Bugun.az

"Real"da Vinisius böhranı - Razılığa gələ bilmirlə...
Bugun.az

“Real" Vinisius barədə qərar verdi
Bugun.az

"Real" Vinisiusun əvəzinə onu transfer edəcək
Bugun.az

Mbappe Vinisiusu "sındırdı" - "Real"da gərginlik
Bugun.az


