
"Ver yeyim, ört yatım" prinsipi ilə yaşayan bürclər

Bürclərin xarakterlərinə nəzər saldıqda, hər birinin özünəməxsus xüsusiyyətləri olur.
Metbuat.az xəbər verir ki, bəziləri çalışqanlığı ilə seçilirsə, digərləri isə rahatlığı və tənbəlliyi ilə tanınır. “Ver yeyim, ört yatm” prinsipi ilə yaşayan bu bürclər daha çox istirahətə, rahatlığa və özlərinə qayğıya üstünlük verirlər.
Onlar üçün əsas məqsəd həyatdan zövq almaqdır, iş və məsuliyyət isə ikinci planda qalır.
Buğa
Rahatlığı sevməsi ilə məşhur olan Buğalar, tənbəlliyin lideridir. Onlar gözəl yeməkləri, rahat yatağı və sakit həyatı sevirlər. Çox zaman çalışmaqdan qaçır, amma zövqlərinə çatmaq üçün hər vasitəni sınayırlar.
Xərçəng
Xərçənglər evdə rahat mühitdə olmaqdan zövq alırlar. Onlar üçün sevimli yeməklər, yumşaq yorğan və sakitlik kifayətdir. İş həyatında məsuliyyətli görünsələr də, evdə tamamilə “orta yatm” rejiminə keçir, tənbəlliklərinə boyun əyirlər.
Şir
Şirlər özlərini çox sevsələr də, çalışmaqdan çox zövq almağa meyillidirlər. Onlar üçün təmtəraqlı yeməklər və istirahət vacibdir. Çox zaman başqalarının onları əyləndirməsini, xidmət etməsini gözləyirlər.
Tərəzi
Balans axtarışında olan Tərəzilər, məsuliyyətli işlərdən tez yorulurlar. Onlar istirahəti, tənbəlliyi və zövqə yönəlmiş həyatı daha üstün görürlər. Bəzən hər şey hazır gəlsin istəyir, çətinlikdən qaçırlar.
Balıqlar
Xəyalpərəst Balıqlar, real həyatda çox zaman tənbəl görünürlər. Onlar üçün rahatlıq, uzun yuxu və sakitlik ön plandadır. Çox zaman işlərini ertələyir, “hələ sabah edərəm” deyə özlərini ovudur, amma istirahətə isə heç vaxt yox demirlər.
Oxşar xəbərlər

80 yaşdan çox yaşaya biləcək 3 bürc
Bugun.az

Ən etibarlı bürclər - Əsl dostluğu bacarırlar
Bugun.az

Apreldə pul "yağışı" - Bu bürcləri sərvət gözləyir
Bugun.az

Pulunu idarə edə bilməyən 3 bürc -Cibləri həmişə b...
Bugun.az

Yeni həftədə bu bürclər şad xəbər alacaqlar
Bugun.az

Tale bu bürclərin üzünə avqustun sonunadək güləcək
Bugun.az