🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Vəfat edən şəxsin kreditini kim ödəməlidir? - AÇIQLAMA

27.08.2025 11:25 1 baxış sayı 2 dəq. oxuma
Vəfat edən şəxsin kreditini kim ödəməlidir? - AÇIQLAMA

Vəfat edən şəxsin bank borcunun taleyi ilə bağlı suallar cəmiyyətdə tez-tez müzakirə olunur. İnsanların ən çox maraqlandığı məqam isə borcun ailə üzvlərinə keçib-keçməməsi və bu məsələdə qanunvericiliyin necə tənzimləməsidir.

Hüquqşünas Elcan Həsənli bu məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib. O qeyd edib ki, vəfat edən şəxsin borcu avtomatik olaraq ailə üzvlərinə keçmir. Yalnız miras qəbul edilərsə, həm aktivlər (mülk, pul vəsaiti), həm də passivlər (borclar) mirasçılara keçir:

“Əgər mirasçılar mirası qəbul etməzsə, onlar borcu ödəmək öhdəliyindən azad olunurlar. Bəzi hallarda kredit müqaviləsində sığorta nəzərdə tutulur. Bu halda borcun ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir”.

Elcan Həsənlinin sözlərinə görə, miras qəbul etməzdən əvvəl vətəndaşlar həm aktivlərin, həm də passivlərin hüquqi vəziyyətini dəqiq öyrənməlidirlər.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu məsələ qanunvericilikdə “Mülki Məcəllə”nin müddəaları ilə tənzimlənir və bəzən mübahisələrə səbəb olur.

Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, kredit götürən şəxs dünyasını dəyişərsə, həmin borc onun mülkiyyəti hesabına ödənilməlidir. Lakin vətəndaşın adına heç bir mülk olmadığı halda məsuliyyət zaminin üzərinə keçir. Ə. Həsənov əlavə edib ki, bu zaman bankların zaminlərə müəyyən faiz güzəştləri etməsi mühüm məqamdır:

“Zamin mütləq şəkildə kredit faizinin bağışlanmasına dair bankdan yazılı sənəd almalıdır. Bu, gələcəkdə yarana biləcək hüquqi mübahisələrin də qarşısını alacaq”.

Metbuat.az

Paylaş: