🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Vaqiflə Samirənin qızı Çində oxuyacaq - FOTO

05.09.2025 20:25 1 baxış sayı 1 dəq. oxuma
Vaqiflə Samirənin qızı Çində oxuyacaq - FOTO

Keçmiş teleaparıcı, hazırda “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun qızı Nuran təhsilini Çində davam etdirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə V.Aydınoğlu paylaşım edib. O, qızının Şanxayda yerləşən "Asia Europe Business School"a qəbul olduğunu bildirib. Aydınoğlu övladının Avropadakı bir neçə universitetdən təklif almasına baxmayaraq, məhz Çini seçməsindən xüsusi qürur duyduğunu vurğulayıb.

Qeyd edək ki, Nuran Vaqif Aydınoğlunun aparıcı Samirə Mustafayeva ilə olan evliliyindən olan övladıdır. V.Aydınoğlu hazırda ikinci dəfə ailə qurub və 2 övladı var.

Paylaş: