UG.news
Bugun.az
Bugun.az

10.10.2024 19:25

6 abunə

11

Valverde: "Mbappe hamını səssizləşdirdi!"

Valverde: "Mbappe hamını səssizləşdirdi!"

Valverde: “Mbappe hamını səssizləşdirdi!"

“Real Madrid”in ulduz futbolçusu Federiko Valverde, transfer pəncərəsində komandaya qoşulan Kilian Mbappe haqqında xoş sözlər söyləyib. Valverde, ailəsinin də Mbappe-yə heyran olduğunu bildirib: “Hamımız onun nə dərəcədə yaxşı futbolçu olduğunu bilirik. O, dünyanın ən yaxşı oyunçularından biridir. Onunla eyni meydanda çıxış etmək böyük xoşbəxtlikdir. Hər oyunda, hər məşqdə özünü göstərir. Mən, ailəm və uşaqlarım onun oyununu izləyə bildiyimiz üçün çox xoşbəxtik."


Uruqvaylı futbolçu, Mbappe-nin möhtəşəm bir insan olduğunu və onunla eyni klubda oynadığı üçün çox sevindiyini vurğulayıb: "Mbappe, şəxsən də gözəl insandır. Onun gəlişi ilə bir çox mənfi sözlər yayılmışdı, amma Mbappe hamını səssizləşdirə bildi. O, inanılmaz bir insan. Üstəlik, ispan dilini məndən daha yaxşı danışır," - deyə Valverde əlavə edib.