Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Universitetlər attestatla qəbula etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 08:25 20 baxış sayı 1 dəq. oxuma Metbuat
"Universitetlər attestatla qəbula etiraz ediblər" - DİM rəhbəri

Yalnız attestatla qəbul imkanı bu il bəzi ixtisaslar üzrə təqdim edilməyib. Həmin ixtisasların V ixtisas qrupuna daxil edilməsi nəzərdə tutulsa da, layihə reallaşdırılmayıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər: “Bildirdilər ki, onlar üçün abituriyentlərin həmin sahəyə dair ilkin bilikləri əldə etməsi vacibdir”.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: