
Ulduz futbolçu “Fənərbaxça”nı istəyir - Mourinyo razı deyil

“Fənərbaxça” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Hakan Çalhanoğlunun “Fənərbaxça”da oynamağa maraqlı olduğu iddia edilir. Məlumata görə, “Fənərbaxça”nın prezidenti Ali Koç əvvəlcə məşqçi Joze Mourinyonun razılığı olmadan futbolçu ilə danışıqlar aparıb. Bildirilir ki, Mourinyonun prioriteti yarımmüdafiəçi deyil. O, müdafiəçi və iki cinah oyunçusunun transfer edilməsini tələb edib. Hakan Çalhanoğlunun "İnter"lə görüşərək transfer haqqını 10 milyon avroya endirməyə çalışacağı və "Fənərbaxça"ya transferi reallaşdıracağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray”ın da Hakan Çalhanoğlunun transferində maraqlı olduğu barədə xəbərlər dərc edilib.
Oxşar xəbərlər

"Fənərbaxça" əfsanə heyət qurur - Mourinyonun istə...
Bugun.az

"Fənərbaxça" iki ulduz futbolçunu istəyir - Böyük...
Bugun.az

Mourinyo "Real"ın ulduzunu “Fənərbaxça”ya gəlməyə...
Bugun.az

"Qalatasaray"dan sonra "Fənərbaxça" da transfer b...
Bugun.az

Ulduz futbolçu "Fənərbaxça"nın təklifinə cavab ver...
Bugun.az

"Fənərbaxça"dan ard-arda transfer bombaları - Uld...
Bugun.az