
UEFA Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

FİFA prezidenti Canni İnfantino Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv oluna biləcəyini ifadə edib.
Metbuat.az xəbər verir ki, bu barədə o, Belqradda UEFA-nın 49-cu Konqresinin açılışında açıqlama verib. Rusiya futbolunun reinteqrasiyasından danışan İnfantino bildirib ki, UEFA həmişə insanları birləşdirmək üçün idmandan istifadə edib. Onun sözlərinə görə, getdikcə bölünən dünyada dialoq və birliyi təşviq etmək üçün hər fürsətdən istifadə etmək lazımdır. Futbol bu baxımdan güclü vasitə ola bilər.
O bəyan edib ki, Ukraynadakı sülh danışıqları onları məmnun edir və UEFA Rusiyanı futbol dünyasına yenidən inteqrasiya edə bilər.
Oxşar xəbərlər

UEFA bu turniri ləğv etdi
İdman Xəbər

ABŞ İrana qarşı sanksiyaları artırdı
Son Xeberler

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək
Son Xeberler

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
İdman Xəbər

Rusiya Ukraynaya qarşı bəzi sanksiyaları ləğv edəc...
Son Xeberler

"Qarabağ" İngiltərədə Tıxacda Qaldı - Matçın Vaxtı...
Son Xeberler