Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Türkiyəli Nazir: Koronavirusun ümumi yayılması başa çatdı

02.05.2020 07:27 920 baxış sayı 2 dəq. oxuma
Türkiyəli Nazir: Koronavirusun ümumi yayılması başa çatdı

Türkiyə, koronavirüs epidemiyası ilə təsirli bir şəkildə mübarizə edərkən gözlənilən xəbəri Daxili İşlər naziri Süleyman Soylu açıqladı:

"Ümumi yayılma bitdi, amma tədbirlərimizi davam etdirəcəyik".


Çinin Vuhan şəhərində ortaya çıxan və qısa müddətdə dünyaya yayılan yeni tip koronavirüs (Covid-19) epidemiyası, ilk dəfə 11 Martda Türkiyədə qeydə alındı.


Virusun Türkiyəyə sıçradığı gündən bu yana 3,258 insanın ölümünə səbəb oldu. 122,392 nəfər yoluxmuş olsa da, onlardan 53,808 nəfər virusa qalib gəlməyi bacarıb.

Ən çox maraq doğuran məsələ, xəstəliyin nə vaxt bitəcəyi ilə bağlı idi. Məsələ ilə bağlı danışan daxili işlər naziri Süleyman Soylu, epidemiyanın ümumi yayılmasının bitdiyini, lakin tədbirlərin davam edəcəyini bildirib.

K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: