🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Türkiyədə yenidən 3 günlük küçəyə çıxma qadağası ola bilər

27.04.2020 05:59 603 baxış sayı 2 dəq. oxuma
Türkiyədə yenidən 3 günlük küçəyə çıxma qadağası ola bilər

Türkiyə Prezident Kabineti, koronavirus tədbirləri çərçivəsində yenidən telekonferans üsulu ilə bir araya gələcək.

Nazirlər Kabinetinə sədrlik edəcək Prezident Rəcəb Tayyib Ərdoğan, İstanbuldakı Tarabya Huber Köşkündən görüşə qatılacaq.


Nazirlər Kabinetinin iclasından sonra Ərdoğanın açıqlama verəcəyi gözlənilir.

Görüşün əsas gündəmində yenidən koronavirus xəstəliyi olacaq.


Səhiyyə naziri Fahrettin Koca, Milli Təhsil Naziri Ziya Selçuk, Daxili İşlər naziri Süleyman Soylu, Xəzinə və Maliyyə Naziri Berat Albayrak, Nazirlər Kabinetinin iclasında koronavirusla mübarizə istiqamətində görülən işlərdə son vəziyyət, epidemiya hallarının sayının sağalma sayından az olması, tətbiq olunan tədbirlər dəyərləndiriləcək.


3 GÜNLÜK QADAĞA GÜNDƏMDƏDİR

4 günlük komendant saatı tətbiq olunması və bu qadağanın yaxın günlərdə genişləndiriləcəyi də müzakirə ediləcək.

Kıvanç Elin xəbərinə görə 1 May Əmək Günü Cümə gününə təsadüf etdiyi üçün 1 May həftə sonuna əlavə ediləcəyi və üç günlük komendant saatı elan ediləcəyi gözlənilir.

Paylaş: