
Türkiyədə içməli su çatışmazlığı - Fasilə ilə veriləcək

Türkiyədə içməli su çatışmazlığı özünü kəskin şəkildə göstərməyə başlayıb. Ölkənin bir neçə şəhəri artıq qənaət rejiminə keçib. Yalova şəhərində isə vəziyyət daha gərgin olduğu üçün sərt tədbirlər həyata keçirilir.
Bu şəhərdə noyabrın 26-dan etibarən əhaliyə su fasiləli şəkildə veriləcək. Şəhər və onun ətrafındakı qəsəbə, kəndlərdə yaşayan sakinlərə sutkada 10 saat içməli su verilməyəcək. Su axşam 20:00-dan səhər 05:00-a kimi kəsiləcək.
Yalova Valiliyindən verilən məlumata görə, müəyyən edilmiş kəsilmə saatlarında üzmə hovuzlarına və iaşə obyektlərinə də suyun verilməsi tamamilə dayandırılacaq. Vali Hülya Kaya bu səbəbdən şəhər əhalisini içməli suya qənaət etməyə çağırdı. O, həmçinin bildirdi ki, parkların və həyətyanı sahələrin sulanması işinə məhdudiyyətlər tətbiq ediləcək. Bu addımlar bölgədə artan su böhranını nəzarətdə saxlamaq məqsədi daşıyır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Aprelin 11-də su kəsiləcək - Bu ərazilərdə
Bugun.az

Saat 14:00-da su kəsiləcək -Bu ərazilərdə
Bugun.az

Bu şəhərdə su kəsiləcək
Xəbər Anı

Bu ərazilərdə su olmayacaq
Bugun.az

23:00-da su kəsiləcək - Bu ərazilərdə
Bugun.az

Bu rayona qar yağmağa başladı
Bugun.az


