Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Türkiyə tələb olunarsa, Suriyaya dəstək verəcək" -Türkiyə MN

17.07.2025 11:25 18 baxış sayı 1 dəq. oxuma Metbuat
"Türkiyə tələb olunarsa, Suriyaya dəstək verəcək" -Türkiyə MN

Türkiyə tələb olunduğu təqdirdə, Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün hər cür dəstəyi verəcəyik.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN-dən bildirilib.

Nazirlik sözçüsü bildirib ki, Suriyadakı son hadisələr və İsrailin Suriyaya hücumları ilə bağlı Türkiyənin mövqeyi aydındır: “Bizim məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin Suriyaya hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur”.

O, İsrailin Suriyaya endirdiyi hava hücumları zamanı Suriyadakı Türkiyə hərbçilərinin zərər görmədiyini vurğuıayıb.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: