
Trampın nümayəndəsinin Zelenski ilə mətbuat konfransı ləğv edildi

Ukrayna Prezidenti Zelenski ilə ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq arasında Kiyevdə keçiriləcək mətbuat konfransı ləğv edilib.
Metbuat.az xəbər verir ki, mətbuat konfransı ABŞ tərəfinin tələbi ilə ləğv edilib. Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib. O bildirib ki, mətbuat konfransının keçirilməsi planlaşdırılsa da, ABŞ tərəfinin tələbindən sonra proqramda dəyişiklik edilib. Nikiforov qeyd edib ki, ABŞ tərəfinin tələbi ilə mətbuat mənsublarına yalnız görüşün görüntülərini çəkməyə icazə veriləcək, görüşün sonunda heç bir açıqlama verilməyəcək, sual və cavablar alınmayacaq.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Zelenski Trampın nümayəndəsi ilə görüşdü
Bugun.az

Prezident Zelenski ilə olan fotolarını sildi
Bugun.az
Trampın oğlu Ermənistana səfərini ləğv edib
Azəri Xəbər
Trampın mətbuat konfransı zamanı iştirakçılardan b...
Azəri Xəbər

Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin gör...
Bugun.az

Zelenski vətəndaşlıq haqqında qanunu imzaladı
Bugun.az


