Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tramp Xameneiyə məktub göndərdi

07.03.2025 19:25 114 baxış sayı 1 dəq. oxuma Metbuat
Tramp Xameneiyə məktub göndərdi

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib. Tramp “Fox Business Network”ə açıqlamasında bildirib ki, o məktubunda nüvə proqramı ilə bağlı İranla razılaşmağa üstünlük verdiyini vurğulayıb. Tramp, "İran danışıqlara getməsə, bu, onlar üçün acınacaqlı olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var" - deyə bildirib.

Müqavilə üzərində işlərin başlanılmasının lazım olduğunu vurğulayan Tramp bildirib ki, müqavilə imzalanıb tamamlandıqda, Yaxın Şərqdə böyük bayram keçirilməlidir. “Allah Yaxın Şərqi qorusun" deyən Tramp, diplomatiyaya üstünlük verdiyini ifadə edib.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: