
Tramp hərəkətə keçdi - Bu müharibə başa çatır

ABŞ seçkilərində qalib gələn Donald Trampın İsraillə “Hizbullah” arasında atəşkəs əldə edilməsi ilə bağlı Co Bayden administrasiyasına mesaj göndərdiyi iddia edilib.
Metbuat.az xəbər verir ki, Tramp seçkilərdə qalib gəldikdən sonra artıq siyasi fəaliyyətinə başlayıb. “Yedioth Ahronot” qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərində deyilir ki, Tramp tərəflər arasında atəşkəs əldə edilməsini irəli sürüb. Qəzetə danışan Baydenin baş müşaviri Amos Hocşyteyn bildirib ki, İsrail Livanın cənubuna hücumlara son qoya və tərəflər razılığa gələ bilərlər.
Qeyd edək ki, İsrailin Prezident ofisinin açıqlamasında görə, Prezident İsaak Hersoq amerikalı həmkarı Co Baydenlə görüşəcək. Tərəflər Qəzza və Livandakı məsələləri müzakirə edəcək.
Etiketlər
Oxşar xəbərlər

Tramp: Dünya Müharibəsinə Doğru Gedirik!
KIBRIT MEDIA

NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama
Bugun.az

Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az

Tramp Harrisdən irəlidədir - Sorğu
Bugun.az

Maraqla izlənilən serial yayımını dayandırır
Bugun.az

Böyük müharibəyə az qaldı
Xəbər Anı