Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tramp FED sədrinə çağırış etdi

04.04.2025 17:25 101 baxış sayı 1 dəq. oxuma Metbuat
Tramp FED sədrinə çağırış etdi

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli faiz dərəcələrini aşağı salmağa çağırıb.

Metbuat.az xəbər verir ki, o faiz dərəcələrini endirmək üçün uyğun zaman olduğunu bildirib. Tramp “Truth” sosial media hesabında bununla bağlı paylaşım edib. Tramp, “Bu, FED sədri Cerom Pauel üçün faiz dərəcələrini aşağı salmaq üçün mükəmməl vaxt olardı. Bu, Amerika üçün böyük bir qazancdır. Faizləri aşağı salın, Cerome, siyasətdən əl çək " - deyə qeyd edib. Tramp paylaşımında qiymətlərin ucuzlaşdığını və inflyasiyanın aşağı düşdüyünü irəli sürüb.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və baza tarif dərəcəsinin 10 faiz olacağını açıqlamışdı.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: